Azərbaycan nefti 48 dollardan satıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan nefti 48 dollardan satıla bilər – ŞƏRH

Azərbaycan nefti 48 dollardan satıla bilər


2015-cı ildə Azərbaycan neftinin orta ixrac qiyməti çox güman ki 48 dollara enə bilər.

Oxu.Az xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında Brent markalı neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi təqdirdə bu Azərbaycan üçün nəyi ifadə edəcək? Sualına cavab olaraq bildirib.

İ.Şaban bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması 2008-ci ilin dekabr ayını xatırladır:

“Cari il üçün neftin qiymətləri büdcəmizdə 90 dollar götürülüb. Maliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, ilin birinci yarısında Azərbaycan neftinin ixrac qiyməti 59 dollar 40 sent olub, 3-cü rübün nəticələrinə görə isə bu qiymət 11 dollar aşağı düşüb. Yəni, 48 dollar olub. Cari ilin son iki ayında oktyabr və noyabrda Azərbaycan neftinin orta qiymətləri heç vaxt 50 dolları üstələməyib.

Oktyabr ayının 23-dən cəmi 2 dəfə neftin qiyməti bir gün olaraq 50 dolları aşıb. Yəni neftin qiyməti orta qiyməti 2 ay ərzində 47 dollar olub. Dekabr ayında neftin qiyməti 50 dollar olamasa Azərbaycan neftinin orta ixrac qiyməti 50 dollardan aşağı olacaq.

Dekabrın ayının geridə qoyduğumuz birinci həftəsində neftin orta ixrac qiyməti 44 dollar olub. Hazırda isə neftin qiymətinə təsir edən çox həyəcanlı xəbərlər gəlir. Bu isə 2008-ci ilin dekabrna bənzəyir. Bu zaman neftin qiyməti 38 dollara enmişdi.

Bu ssenaridən çıxış etsək Azərbaycan neftinin orta illik ixrac qiyməti çox güman ki 48 dollardək enə bilər”.

O, deyib ki, ötən il Azərbaycan neftinin orta ixrac qiyməti nə az nə çox düz 101 dollar olub:

“Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı rəqəmə görə, ötən il bizim neftimizin orta ixrac qiyməti 101 dollar olmuşdu. 101 dollar və ola biləcək 48-49 dollar. Arada 2 dəfədən çox bir fərq alınır. Bu da təbii ki, Azərbaycanın gələn gəlirlərinə və gündəlik həyatımıza təsir edən bir məsələdir. Belə ki, hökumət artıq vəsaitin qənaətlə xərclənməsi məsələsinə ortaya qoyur”.

Azərbaycan neftini gələn il üçün orta ixrac qiyməti 48 dollar olarsa bu Dövlət Neft Fonduna gələn gəlirlərə necə təsir edə bilər? Sualına isə ekspert bu cür aydınlıq gətirib:

“Neft Fonduna ötən il 16,2 miilyard dollar vəsait daixl olub. Ancaq cari ildə isə bu rəqəm 7-7,5 milyard dollardır. 2016-cı il üçün isə büdcədə neftin qiyməti 50 dollar hesablanıb. Əgər kəskin enmələr davam edərsə, 2016-cı il üçün Neft Fondunun gəlirləri təqribən 6,5 milyard dollar ola bilər”, - deyə İ.Şaban əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *