İrandakı iğtişaşların 70 iştirakçısı azad edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İrandakı iğtişaşların 70 iştirakçısı azad edildi

İrandakı iğtişaşların 70 iştirakçısı azad edildi

Dekabrın 28-də İranın bir neçə şəhərində baş verən iğtişaşlar zamanı həbs olunanlardan daha 70 nəfəri azad edilib.

AzərTAc bildirir ki, bu barədə yanvarın 10-da jurnalistlərə İranın baş prokuroru Abbas Cəfər Dövlətəbadi məlumat verib. O bildirib ki, araşdırma zamanı gənclərin aldadılaraq küçələrə çıxarılması müəyyən edilib.

Baş prokuror nəzərə çatdırıb ki, ciddi şəkildə aparılan istintaq günahkarlarla günahı olmayanları araşdıracaq.

İran mətbuatının məlumatına görə, iğtişaşlar zamanı 3 min 700 nəfər həbs edilib.

Prezident Həsən Ruhani də bəyanatla çıxış edərək deyib ki, İranda bütün dövlət məmurları tənqid oluna bilər. Onun sözlərinə görə, hökumət kütləvi aksiyalar keçirilməsinin əleyhinə deyil. Lakin ictimai və şəxsi əmlaka zərər vurulması, şəhərlərin dağıdılması yolverilməzdir.

TASS bildirir ki, bu arada ABŞ İran hakimiyyətini bütün siyasi məhbusları, həmçinin bu yaxınlardakı etiraz aksiyaları nəticəsində saxlanılan şəxslərin hamısını azad etməyə çağırıb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *