Ağ Evdə mobil telefon işlədilməyəcək
ABŞ prezidenti Donald Tramp Ağ Evdə mobil telefonlardan istifadəyə qadağa qoyub.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders məlumat verib.
Onun sözlərinə görə, gələn həftədən qüvvəyə minəcək qadağa Ağ Evin əməkdaşları ilə yanaşı qonaqlara da şamil olunacaq.
O da bildirilib ki, yeni sistemin tətbiqi təhlükəsizliklə əlaqədardır. Bu səbəbdən işçilər hökumət tərəfindən onlara verilən mobil qurğular vasitəsi ilə əlaqə saxlayacaqlar.
Mənbə:> Virtualaz.org