Ağ Ev İrandakı etirazçıları dəstəklədi
Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, ABŞ İranda etiraz edənləri dəstəkləyir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri yazır.
“Biz İran xalqını öz fikrini ifadə etməkdə dəstəkləyirik. Onun səsi eşidilməlidir. Biz bütün tərəfləri bu fundamental özünüifadə hüququna hörmətlə yanaşmağa və senzuraya kömək edən istənilən fəaliyyətə yol verməməyə çağırırıq”, - deyə S. Sanders bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran hökumətinin ölkədə “Telegram” və “Instagram”ın bağlanmasına dair qərarını qınayıb.
Mənbə:> Oxu.Az