Cənubi Azərbaycan Trampa müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Cənubi Azərbaycan Trampa müraciət etdi

Cənubi Azərbaycan Trampa müraciət etdi

Azərbaycan Milli Müqavimət Hərəkatı (AMMH) ABŞ prezidenti Donald Trampa müraciət edib. İranda yaşayan azərbaycanlılar Trampdan onları iranlı hesab etməməyi xahiş edirlər ki, yeddi ölkə (İran, Yəmən, Somali, İraq, Liviya, Suriya və Sudan) vətəndaşlarına Birləşmiş Ştatlara girişi qadağan edən yeni miqrasiya qanununun təsiri altına düşməsinlər.

Virtualaz.org bildirir ki, bu haqda ərəb nəşri Alweeam-a AMMH-nın mətbuat katibi, fəal Babək Çələbianlı məlumat verib.

Trampı prezident postuna seçilməsi münasibəti ilə təbrik edən Çələbianlı dövlət başçısına yazıb ki, onların təmsil etdikləri təşkilat İranda azərbaycanlıların maraqlarını müdafiə edir: "Sizə bildirmək istəyirik ki, İran rejimi bizim qədim torpaqlarımızı güc və qəddarlığın köməyi ilə tutub. Biz, Cənubi Azərbaycanda yaşayanlar bildiririk ki, Cənubi Azərbaycan – İran deyil. Uzun illər biz azadlıq və İran rejiminin hökmranlığından, zülmündən tam xilas olmaq üçün dinc mübarizə aparmışıq. Bununla əlaqədar olaraq son onilliklərdə Cənubi Azərbaycanın bir çox fəalları doğma yerləri tərk etməyə, Avropa ölkələrində və ABŞ-da sığınacaq axtarmağa məcbur ediliblər.

Yeddi ölkə vətəndaşlarına ABŞ-a girişin qadağası haqqında Sizin bu yaxınlarda imzaladığınız fərman Cənubi azərbaycanlıların fəaliyyətinə neqativ təsir edəcək. AMMH adından biz Sizi səmimiyyətlə Cənubi Azərbaycan xalqını İran loyalistlərinin rejimindən ayırmağa çağırırıq.

Mən bir neçə sənəd əlavə edirəm, hansılar ki, Sizi İrandakı Azərbaycan Milli Hərəkatı və bizim təşkilatımızla tanış edəcək. Biz səbirsizliklə Sizinlə görüşmək və İrandakı vəziyyəti, həmçinin bizim hərəkatımızı daha ətraflı müzakirə etmək imkanını gözləyirik. Biz əməkdaşlığa ümid edirik".

Əlavə edilmiş sənədlərdə Cənubi Azərbaycanın və Milli Müqavimət Hərəkatının yaradılmasının tarixi haqqında danışılır.

Qeyd edək ki, bu məktub İran KİV-ində hiddət qasırğası doğurub və ərəb nəşrinə hücumlara səbəb olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *