Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı
Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.
Aznews.info Lent.az-a istinadən xəbər verir ki, Bakı və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.
“Azercell”, “Bakcell” və “Nar” mağazalarından bildirilib ki, nömrə satışının nə vaxt bərpa ediləcəyi barədə məlumat veriləcək.
Mənbə:> Lent.az