ABŞ-da sürətlə yer üzünə doğru irəliləyən nəhəng maqma qabarcığı tapıldı
ABŞ-ın Rutqers Universitetinin elm adamları ölkənin şimal-şərqində yerin altından üstünə doğru çıxan, əriyən qaya kütlələri tapıb.
Milli.Az xəbər verir ki, bu barədə "Science Alert" dərgisi məlumat yayıb.
Araşdırma əsnasında minlərlə geoloji sensordan yaradılan şəbəkədən istifadə edilib. Sensorların ötürdüyü bilgiləri analiz edən mütəxəssislər Yerin 200 km dərinliyində termik (havanın temperaturunun çoxillik orta temperaturdan kənara çıxması) anomaliya kəşf edib. 400 km diametri olan qabarcığın temperaturunun ətrafındakı qayaların temperaturundan 200 dərəcə çox olduğu ortaya çıxıb.
Bölgədə aktiv bir vulkanın olmadığına diqqət çəkən elm adamları tamamilə yeni bir təbiət hadisəsi ilə qarşılaşdıqlarını deyiblər. Araşdırmaçılar partlayışın təbii bir şey olacağını, ancaq bunun üçün milyonlarla ilin lazım olduğuna əmin olduqlarını bildiriblər.
Bu təbiət hadisəsi ABŞ-ın Vermot, Nyu Hampşir və Massaçusets əyalətlərinə təsir göstərə bilər. (
Mənbə:> Milli.Az