ABŞ Türkiyəni ələ keçirməyə hazırlaşır - Vaşinqtonun GİZLİ PLANI
Rza Zərrab işi başlanğıcdır, Amerika Türkiyəyə qarşı daha böyük bir hücuma hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli köşə yazar Sərdar Turqut deyib.
Köşə yazarı ABŞ-dakı məhkəmə işinin detalları ilə tanış olmaq imkanının olduğunu və Türkiyəyə qarşı qurulan planı gözləri ilə gördüyünü yazıb.
“Amerika əslində “terrora dəstək verən, hüququn olmadığı, xarici siyasətdə təhlükəli oyunlar oynayan” iddiası ilə yaxın gələcəkdə Türkiyəyə qarşı hərəkətə keçəcək. Hətta Türkiyəni daha da sıxmaq üçün sanksiyalar da gündəmə gətirə bilər. Türkiyəyə qarşı bu proses 2013-cü ildə başlanıb. Yəni bu, Trampın qərarı yox, ABŞ dövlətinin qərarıdır”, - deyə o bildirib.
Mənbə:> Publika.az