Əli Həsənovun nəvəsinə hökm oxundu – YENİLƏNİB
Məhkəmənin hökmü ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
* * *11:22
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.
Virtualaz.org-un məlumatına görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı Ramin Nağəliyev çıxış edərək N.Allahverdiyevə 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı N.Allahverdiyevə Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilməsini istəyib.
Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.
N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilir.
Mənbə:> Virtualaz.org