Məmur balalarına yaşıl qanun: Əli Həsənovun nəvəsi azadlığa çıxır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Məmur balalarına yaşıl qanun: Əli Həsənovun nəvəsi azadlığa çıxır

Məmur balalarına yaşıl qanun: Əli Həsənovun nəvəsi azadlığa çıxır

Əli Həsənovun nəvəsi azadlığa çıxırBaş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovun nəvəsi məhkəmə qərarı ilə şərti azadlığa buraxıla bilər.

Palitika.Az xəbər verir ki, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə bağlı Milli Məclisin təsdiqlədiyi layihə Ə.Həsənovun nəvəsi Nail Allahverdiyevin işini yüngülləşdirə bilər.

Qanun layihəsi zərərçəkmiş tərəflə barışıq əldə olunursa, təqsirləndirilən şəxsin şərti azadlığa buraxılmasını nəzərdə tutur. Bu qanun layihəsinin qüvvəyə minməsi şübhə doğurmur.

Əslində, təkcə Ə.Həsənovun nəvəsi yox, əksər məmur uşaqlarının qudurğan hərəkətlər etməsinə bu qanun layihəsi geniş zəmin yaradacaq.

Zərər çəkmiş tərəfə təzminat ödəməklə təqsirləndirilən azadlığa çıxır və məmur balalarının cinayətlərinin artmasına gətirib çıxarır.

Ona görə də komitə sədrinin nəvəsi azadlığa çıxa bilər və iki nəfəri öldürsə də, ailələri ilə barışıq əldə olunub.

Böyük ictimai tәhlükә törәtmәyәn cinayәtlәrdә tәrәflәrin barışığı nәticәsindә alternativ, daha yüngül cәza tәtbiq edilә bilir.

Ancaq ekspertizanın nәticәsindәn çox şey asılıdır. Nail Allahverdiyevin törətdiyi qəzada 2 nәfәr ölüb.

İstinad olunan maddələrə əsasən minimum 5 il azadlıqdan məhrum edilməsi istisna deyil. Hər halda qanun layihəsinin ciddi təsiri olacaq.

Artıq onun törətdiyi qəza ilə bağlı başlanan cinayət işinin istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi icraata qəbul edilib və ilk hazırlıq prosesi noyabrın 24-də hakim Əhməd Quliyevin sədrliyi ilə başlayacaq.

Palitika.Az xəbər verir ki, Nail Allahverdiyev bir müddət əvvəl 10-PP-203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində iki nəfər ölüb.

Əgər nəvəsi Nail Allahverdiyevin prezident İlham Əliyevin məmur övladları ilə bağlı xəbərdarlığına əhəmiyyət verməməsi Əli Həsənovun siyasi mövqeyini şübhə altına alırdısa, məcburi köçkünlərin etiraz bəyanatları onun birbaşa cavabdeh olduğu sosial təbəqə daxilində gedən proseslərə təsir imkanının olmadığını üzə çıxarır.

Bu isə "Qaçqınkom” sədrinin fəaliyyətini şübhə altına salır.İddia olunur ki, Ə.Həsənov onu təhdid edən təhlükəni dəf eləmək üçün müxtəlif vasitələrə əl atsa da, yuxarı dairələrin münasibəti ona qarşı köklü şəkildə dəyişib. Yəni Ə.Həsənovun təhlükədən qurtulmaq üçün etdiyi cəhdlər müsbət sonluqla bitməyə bilər.

Bu haqda “Reytinq” qəzeti yazıb ki, Əli Həsənov Baş nazirin müavini postu ilə yanaşı, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən də kənarlaşdırıla bilər.

69 yaşlı Əli Həsənovun komitə sədri təyin olunmasından 19 il ötür. 1998-ci ilin 18 noyabrında bu vəzifəyə təyin ediləndə Ə.Həsənovun 50 yaşı olub.
19 ildən sonra onu "Qaçqınkom” sədrliyindən kənarlaşdırmaq niyyətinin isə təkcə yaşı ilə bağlı olmadığı bildirilir.

Məlumdur ki, son zamanlar Əli Həsənov bir neçə ciddi qalmaqalla üzləşib. Baş verənlər isə onun həm cəmiyyətdəki, həm də iqtidardakı nüfuzuna sarsıdıcı zərbə vurub.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mənbə: Palitika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *