Akif Çovdarova hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Akif Çovdarova hökm oxundu – 12 İL HƏBS

Akif Çovdarova hökm oxundu


Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org bildirir ki, hakim Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov шыэ 4 il müddətinə azadlıqdan məhrum olunublar.

* * *15:58

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə hakimlər kollegiyası müşavirədən qayıdıb.

Virtualaz.org-un məlumatına görə, artıq hakim Həbib Həsənovun sədrliyi ilə hökmün elanına başlanılıb.



* * *09:53

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatmalıdır.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilməsi nəzərdə tutulan iclasda təqsirləndirilən şəxslərə hökm oxunması gözlənilir.

Bundan əvvəlki - oktyabrın 4-də baş tutmuş iclasda təqsirləndirilən şəxslərdən sonuncusu A.Çovdarov son söz deyib. Sabiq MTN genralının son nitqindən sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Bu gün saat 14:30-da məhkəmə heyəti müşavirədən qayıdıb hökmü elan edəcək.

Dövlət ittihamçısı A.Çovdarovun rütbələrdən, fəxri adlardan məhrum edilməklə 15 il, S.Məmmədovun 12 il, O.Osmanovun 9 il və A.Əliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı S.Məmmədov, O.Osmanov və A.Əliyevin də rütbələr və fəxri adlardan məhrum olunmasını tələb edib.

Prokuror Dövlət Təhlükəsiliyi Xidmətinin verdiyi mülki iddianın təmin edilməsini istəyib. Bundan başqa, zərəçəkmişlərin mülki iddiasında maddi zərərin vurulmasında məhkəmənin mülahizəsinə buraxmasını bildirib, mənəvi zərərin ödənilməsinin təmin olunmamasını xahiş edib.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *