Tillerson: ABŞ Şimali Koreya ilə münaqişənin hərbi yolla həlinə hazırdır
Əgər nəsə yolunda getməsə, ABŞ Şimali Koreya ilə bağlı məsələnin hərbi yolla həllinə hazırdır.
RİA Novosti xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson deyib.
“Prezident Tramp açıq-aydın bildirib ki, hərbi yolla həll variantı mövcuddur. Ordumuz da buna hazırdır”, - deyə R.Tillerson qeyd edib.
O, əlavə edib ki, ABŞ KXDR-lə danışıqlara başlamaq üçün hər hansı şərtləri qəbul etməyəcək.
Mənbə:> Virtualaz.org