27 yaşlı Aysel Konyada birgə yaşadığı kişini küçənin ortasında öldürdü: “Uşağımı boğmuşdu…”
Türkiyənin Konya şəhərində 27 yaşlı Azərbaycan vətəndaşı Aysel E. birgə yaşadığı 34 yaşlı Ümid Gökeri küçənin ortasında 50 metr qovaladıqdan sonra bçaqlayaraq öldürüb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu səs-küylü cinayət ötən gün qeydə alınıb.
Əvvəlcə azərbaycanlı qadın 9 aylıq körpəsinin vəziyyətinin pisləşdiyini görərək onu birgə yaşadığı kişi ilə birlikdə xəstəxanaya çatdırıb. Xəstəxanada həkimlər körpədə boğulmalamətlərini aşkar ediblər və anasına bildiriblər ki, uşaqda boğulma nəticəsində beyinə oksigen getməyib, nəticədə kritik vəziyyətə düşüb.
Bundan sonra Aysel küçəyə çıxaraq avtomobildə Ümid Gökürlə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadın çantasından bıçağı çıxararaq onu vurmaq istəyib. Ümid Gökür bunu görərək maşından düşüb və qaçmağa başlayıb. Lakin qadın onu 50 metrə yaxın qovaladıqdan sonra yaxalayıb və bıçaqla 7 zərbə endirib.Gökür aldığı xəsarətlərdən ölüb. Polis qısa vaxt ərzində azərbaycanlı qadını saxlayıb. Qadın jurnalistlərin “nədən öldürdün?” sualına cavab olaraq deyib ki, sevgilisi onun körpəsinin ağzına yastıq basaraq öldürməyə çalışıb: “Həkimlər dedilər ki, uşaq boğulub, nəticədə beyninə oksigen getməyib. Bu səbəbdən öldürdüm, peşimanam”.
Bildirilir ki, Aysel bundan əvvəl evil olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq Ümid Gökerlə birgə yaşamağa başlayıb.
Mənbə:> virtualaz.org