45 yaşlı kişi ilə sevgili olduğu deyilən Aysel efirə mini ətəkdə çıxdı
Ötn gün "5/5" verilişinin qonaqlarından biri müğənni Aysel Əlizadə olub.
Milli.Az xəbər verir ki, Aysel qısa, qara ətəyi və uzunboğaz dəri çəkməsi ilə diqqət çəkib.
Verilişin aparıcısı Zaur Ayselə "Müğənniyə ərə gedərsən?" sualı ilə müraciət edib. Ayselin aparıcının sualına cavabını təqdim edirik:
"Bir söz deyim mən konkret danışacam. Müğənni həmkarlarıma böyük hörmətim var. Amma müğənni ilə müğənninki alınmaz".
Qeyd edək ki, gəzən söz-söhbətlərə görə gənc ifaçı 45 yaşlı kişi ilə sevgilidir. Müğənni bu məlumatı saytlardan birinə açıqlamasında təkzib etsə də, 45 yaşında insana aşiq olacağını da istisna etməyib.
Mənbə:> Milli.Az