Rza Zərrabın və qohumlarının əmlakı müsadirə ediləcək
Amerikada həbs edilən iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulub.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu barədə İstanbul məhkəməsi qərar çıxarıb. Qərara əsasən, iş adamı və yaxınlarının əmlakı əllərindən alınacaq.
CNN Türk siyahıda 23 nəfərin adının olduğunu bildirib.
Xatırladaq ki, Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.
Mənbə:> Virtualaz.org