Ərdoğan NATO-nun üzrxahlığını qəbul etmədi
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan NATO-nun Norveçdə keçirilən təlimlərində baş verənlərlə bağlı alyansın baş katibinin üzrxahlığını qəbul etməyib. Virtualaz.org xatırladır ki, təlimlərdə NATO-nun şərti düşməni kimi hədəf olaraq Atatürkün və Ərdoğanın portretləri yerləşdirilib.
“Reuters” xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu cür “tərbiyəsiz” hərəkəti sadəcə üzrxahlıqla bağışlamaq qeyri-mümkündür.
“Biz NATO-nun təlimlərində hörmətsiz münasibət gördük. Bəzi səhvləri axmaqlar deyil, alçaqlar edir”, - Ərdoğan bildirib və əlavə edib ki, bunu sadə bir üzrxahlıqla bağışlamaq olmaz.
Mənbə:> virtualaz.org