Ərdoğan ABŞ-ın PYD-ni dəstəkləməsini pisləyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PKK–nın Suriyadakı qolu olan PYD-ni dəstəkləməsini pisləyib.
Bu barədə Oxu.Az “Assoşieyted Press”ə istinadən xəbər verir.
“Bizim dostlarımız hesab olunanlar, bizimlə birgə NATO-ya üzv olanlar öz əsgərlərini PYD nişanlı hərbi geyimdə Suriyaya göndərə bilməzlər və göndərməməlidirlər”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, mətbuatda bundan əvvəl Suriyada kürd silahlı birləşmələrinin tərkibində PYD nişanlı hərbi geyimdə olan amerikalı hərbçilərinin olduğu barədə məlumat yayılıb.
Mənbə:> Oxu.Az