“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

Köhnə Sovetski məhəlləsində – Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində evlər ilin əvvəlindən sökülüb. Lakin sakinlərlə Yasamal Rayon İcra Hakimiyyəti arasında kompensasiya mübahisəsi hələ də davam edir. Bəşir Səfəroğlu küçəsi, ev 31-də yaşamış sakinlər kompensasiyanın yaşayış sahəsinə uyğun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediblər.

Bu barədə virtualaz.org-a şikayətçilər məlumat verib.

Şikayətçi Vüqar Əsgərov deyir ki, ümumi sahəsi 216 kvadrat metr olan həmin ünvanda 3 ailə yaşayıb: “2014-cü ilin əvvəlində “Azer Ekspert” MMC tərəfindən evlərin ümumi sahəsi hesablandı. 189 kvadrat metr ümumi yaşayış sahəsi üçün 220 min 788 manat təklif edildi. Həyət və yardımçı sahələr nəzərə alınmadı”.

Ekspertlər də həyətin ümumi qiymətləndirməsini aparıblar və ərazi 340 min manat dəyərləndirilib. Buna baxmayaraq, sakinlərə 189 kvadrat metr deyil, 115 kvadrat metrə uyğun kompensasiya ödənilib. Yəni yaşayış sahəsinin 74 kvadrat merti üçün ödəniş olmayıb. Buna görə də, sakinlər söküntüyə etiraz ediblər.
“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”


“Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev atama deyib ki, əlavə olaraq öz cibindən 10 min manat ödəyə bilər. Çünki söküntüyə özü nəzarət edir və buranın ağası odur, heç kim onun istəyi olmadan qərar verə bilməz. Atam isə icra başçısının təklifini qəbul etməyib”, - şikayətçi deyir.

Əsgərovlar ailəsi məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi iddianı rədd edib, Bakı Apellyasiya Məhkəməsi isə kompensasiyanın evin ümumi sahəsinə uyğun ödənilməsinə qərar verib. “Hamı işdə olanda Mehdiyev öz qoçu dəstəsi ilə gəlib, atamı alqı-satqı müqaviləsinə qol çəkməyə məcbur edib. Sonra məhkəmənin qərarını nəzərə almadan evlərimizi yerlə yeksan ediblər”, - şikayətçi deyir.

“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”


Sakinlər onu da söyləyirlər ki, gecəqondu tipli daxmalarda yaşayanlar üçün evlərini tərk etmək asandır. Onlar isə təmirli, tam şəraitli evlərdə yaşayıblar. Bu ilin fevralından, yəni söküntüdən sonra kirayədə yaşamağa məcbur olublar: “Bu mülk babamızdan miras qalmışdı. Sənədsiz evlərlə bizim evlər arasında arasında fəqr qoyulmadı”.
“Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

İbrahim Mehdiyev

Sakinlər iddia edirlər ki, evlərin qiymətləndirilməsi İbrahim Mehdiyevin əhval-ruhiyyəsindən asılı olub. Keşmiş başçı kefinin kök vaxtında ödənilən məbləği artırıb, əsəbləşəndə isə ümumi sahənin azaldıldığını, etiraz edənlərin cəzalandırıldığını söyləyib. Məhz ona görədir ki, indi evləri sökülmüş onlarla sakin kompensasiya üçün məhkəmələrə müraciət edib.

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində sakinlərin iddia ərizəsinə təkrar baxılacaq.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *