Bakıda evlər bir aya 7-8 faiz ucuzlaşıb
Bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.
Müqayisə üçün deyək ki, cari ilin mart ayında Bakıda ilkin mənzilin bir kvadratmetrinin qiyməti 1149 dollar (1066 manat) təşkil edib.
Bazarda təkliflərin əksər hissəsi ekonom-sinifli (bir kvadratmetri 1000 dollara kimi) və orta sinifli (1000-1600 dollar) mənzillərə aiddir. Bu qiymət diapazonunda olan mənzillərin ümumi təklif portfelindəki payı uyğun olaraq 52,6 və 37,5 faiz təşkil edib.
Belə mənzillərdə bir kvadratmetrin orta qiyməti uyğun olaraq 766 və 1200 dollar olub. Ümumi təklif portfelində bir kvadratmetri 1600 dollardan çox olan mənzillərin xüsusi çəkisi 9,9 faiz təşkil edib. Hesabat dövründə bu sinifdən olan mənzillərin bir kvadratmetrinin qiyməti 2145 dollar olub.
Ay ərzində ən çox bina Bakının Yasamal rayonunda inşa edilib. Daha sonra Xətai və Nəsimi rayonları gəlib. Bina inşaatı həyata keçirilən ümumi rayonların sayında bu üç rayonun payı 63,4 faiz olub.
Ötən ay ilkin mənzil təkliflərinin ən böyük sayı Bakının Nəsimi, Xətai və Yasamal rayonlarında qeydə alınıb. Ümumi təklifdə onların payına 72,4 faiz düşüb.
Hesabatlara görə, satışa çıxarılan ilkin mənzillərin 44 faizi Bakının Yasamal, 15 faizi Nəsimi, 14 faizi Xətai, 6 faizi Nərimanov və Nizami, 5 faizi Abşeron, 3 faizi Sabunçu, Suraxanı və Binəqədi, 2 faizi Səbayel rayonunun payına düşüb.
Mart ayı ilə müqayisədə apreldə təklif olunan orta yaşayış sahələri 3,1 faiz artıb. Bu da 119,21 kvadratmetr deməkdir. Birotaqlı mənzillərin orta sahəsi 60,41 kvadratmetr, ikiotaqlı mənzillərdə 90,11, üçotaqlı mənzillərdə 128,64, dördotaqlı mənzillərdə 183,23, beşotaqlı mənzillərdə 280 kvadrat metr olub.
Bakıda rayonlar üzrə ilkin mənzillərin bir kvadrat metrinin qiyməti:
Mənbə:> Virtualaz.org