“Fəzail Ağamalının həyat tərzi ona-buna sataşmaqdır” - Deputat » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

“Fəzail Ağamalının həyat tərzi ona-buna sataşmaqdır” - Deputat

“Fəzail Ağamalının həyat tərzi ona-buna sataşmaqdır” - Deputat


Millət vəkili Fəzail İbrahimli həmkarı Fəzail Ağamalının səsləndirdiyi ittihamlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, F.İbrahimli qafqazinfo-ya açıqlamasında bildirib ki, adaşı əsəblərinə hakim deyil, qırmızı həddi aşır: "Şükür ki, Fəzail Ağamalı sağalıb, gəlsin ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm.

Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı.

Məlum oldu ki, bu, qəza deyil. Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Onun həyat tərzi ona-buna sataşmaqdır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var. Kiməsə tikanı batar..."

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *