Xəzərdə silahlı əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Xəzərdə silahlı əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu

Xəzərdə silahlı əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu

Qazaxıstan sərhədçiləri Xəzərdə nərə balıqlarının qanunsuz ovu ilə məşğul olan brokonyerlərə qarşı əməliyyat keçiriblər. Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, əməliyyatda 4 Azərbaycan vətəndaşı da tutulub, onlara aid motorlu qayıqlar müsadirə edilib.

Kazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin məlumatına əsasən ötən həftə sonu keçirilən əməliyyatda sərhədçilər brokonyerlərdən 179 nərə balığı götürüblər. Balıqlardan sağ olanlar dənizə atılıb, ölmüş balıqlar müsadirə olunub. Habelə ümumi uzunluğu 28 kilometrə yaxın olan tor dənizdən çıxarılıb. 5 Qazaxıstan, 4 Azərbaycan vətəndaşı tutulub, onlara aid 3 motorlu qayıq müsadirə edilib.

Xəzərdə silahlı əməliyyat: 4 Azərbaycan vətəndaşı tutuldu


Məlumatda bildirilir ki, Xəzərin Qazaxıstan sektorunda brokonyerlərə qarşı əməliyyatların ikinci fazazsı davam edir.

Xəzərin Qazaxıstan sektorunda vaxtaşırı olaraq Azərbaycandan olan nərə ovçuları tutulur.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *