Azərbaycanlı brakonyerləri Xəzərdə saat yarım qovublar – VİDEO
Xəzərin Qazaxıstan sektorunda sahil mühafizə xidməti içərisində dörd Azərbaycan vətəndaşının olduğu balıqçı qayığını saat yarım qovub.
AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, dövlət sərhədini pozub Xəzərin bu ölkəyə aid hissəsindən nərə balığı ovlayan brakonyerlər sahil mühafizə qüvvələrinin “dayan” əmrinə tabe olmayıblar.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sahil mühafizə İdarəsinin rəis müavini Talqat Turebeyev faktla bağlı cinayət işinin başlanmasını bildirib. O qeyd edib ki, saxlanılanları 5 ilə qədər həbs cəzası gözləyir.
Mənbə:> Virtualaz.org