Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib
Bu gün “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 12 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır. “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
Mənbə:> Oxu.Az