Nazirlikdən çirkli çimərliklərlə bağlı məlumat – SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a daxil olan xəbərdə bildirilir ki, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb.
Dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir.
Nazirlik bu il çimmək üçün yararlı və yararsız olan çimərliklərin cədvəlini tə təqdim edib.
Mənbə:> Oxu.Az