Türkmənistan Qazaxıstan ilə sərhədi bağladı
Türkmənistan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə beş gün müddətinə Qazaxıstan ilə sərhədi bağladı.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Türkmənistanda təhlükəsizlik tədbirləri gücləndirilib.
Bununla əlaqədar avqustun 4-dən 8-nə qədər xarici vətəndaşlar üçün sadələşdirilmiş qaydada respublikaya giriş qadağandır.
Daha öncə Türkmənistan və Qazaxıstan arasında sərhəd iyulun 20-dən 25-nə qədər bağlanmışdı.
Mənbə:> Oxu.az