“Gilan Holdinq”də vacib istefa
Şirkətin marketinq direktoru vəzifəsindən istefa verib.
“Ölkə.Az” xəbər verir ki, “Gilan Holdinq”in marketinq direktoru Müşfiq Hüseynob tutduğu postdan ayrılıb.
O, şirkətdən ayrılmasını keçmiş iş yoldaşlarına xitabən belə izah edib:
"Həyatımın ən vacib 2 il 6 ayında olduğunuz üçün hər birinizə minnətdaram. Xoşbəxt, gərgin, sevincli 2 il altı ay oldu. Burada dəyərli dost, yoldaş qazandım. Hər birinizin ürəyimdə xüsusi yeri var".
M.Hüseynov öz hesabından yaxın günlərdə çalışacağı şirkətin də adını bildirəcəyini qeyd edib.
Xatırladaq ki, "Gilan Holdinq"də son vaxtlar vacib postlardan istefa xəbərləri yayılır. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə şirkəti olan holdinqin bir hissəsinə də artıq fövqəlnazirin nəzarətindən çıxdığı haqda məlumatlar yerli KİV-də yazılır.
Mənbə:> Ölkə.az