Ukrayna daxili işlər nazirinin oğlu saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ukrayna daxili işlər nazirinin oğlu saxlanılıb

Ukrayna daxili işlər nazirinin oğlu saxlanılıb

Ukrayna daxili işlər naziri Arsen Avakovun oğlu saxlanılıb.

Yerli mətbuat yazır ki, bu barədə Ukrayna daxili işlər nazirinin keçmiş müşaviri İlya Kiva xəbər verib.

O bildirib ki, Aleksandr Avakov Korrupsiya Əleyhinə Milli Büro əməkdaşlarının apardıqları axtarışdan sonra saxlanılıb.

İ.Kivanın sözlərinə görə, axtarış nəticə vermədiyindən Korrupsiya Əleyhinə Milli Büro əməkdaşları nazirin oğluna məxsus telefon və planşetləri götürüblər. O əlavə edib ki, Aleksandr Avakov məhkəməyə aparılmalıdır.

Ukrayna daxili işlər nazirinin oğlu saxlanılıb


Ukrayna xüsusi xidmət orqanlarının Arsen Avakovun oğlunun ofisində apardıqları axtarışların səbəbi kimi 2014-cü ilin sonlarında – 2015-ci ilin əvvəllərində Daxili İşlər Nazirliyinin rükzak alışl ilə bağlı məsələ göstərilir.

Sosial şəbəkələrdə yayılmış aydioyazını əsas gətirərək jurnalistlər iddia edirlər ki, daxili işlər nazirinin keçmiş müavini Sergey Çebotar Aleksandr Avakovla rükzakların alışı ilə bağlı söhbət edib. Belə ki, Saşa adlandırılan şəxs (Aleksandr Avakov olduğu güman edilir) 2015-ci ilə qədər DİN-ə 100 ədəd rükzak təhvil verəcəyini bildirir. Çebotar bununla razılaşır və əlavə edir ki. 2015-ci ildə daha 2000 ədəd rükzak alınacaq.

Aleksandr Avakov bu ittihamları rədd edir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *