Putin Ukraynada erməni və gürcü məmurların davasından danışdı – VİDEO
Rusiya prezidenti Vladimir Putin Ukraynanın daxili işlər naziri, erməni əsilli Arsen Avakov və Odessanın gürcü qubernatoru Mixail Saakaşvili arasında Kiyevdə islahatlar şurasında baş vermiş sözləşməni tragikomediya adlandırıb, Oxu.Az xəbər verir.
Putin bu barədə Vladimir Solovyovun “Miroporyadok” (“Dünya nizamı”) verilişində bildirib.
“Rus dilində söyüşmələri yaxşıdır. Yaxşı ki, gürcü yaxud osetin dilində dalaşmayıblar. Lakin bu, çox gülməlidir, bir növ tragikomediyadır”, - deyə, Putin bildirib.
Dekabrın 18-də Avakovun Saakaşvilini məhkəməyə verdiyi bildirilirdi.
Baş vermiş hadisəni şərh edən Ukrayna prezidenti Pyotr Poroşenko Odessa qubernatorunun tərəfini saxlayıb. Dövlət başçısı “kobud söyüş və təhqirləri”, həmçinin “Ukraynadan rədd ol” ifadəsini yolverilməz adlandırıb.
Avakov və Saakaşvili arasında münaqişə dekabrın 18-də baş verib.
Siyasətçilər bir-birlərini rüşvətxorluqda ittiham ediblər, DİN başçısı isə qubernatora bir stakan su atıb.
Bu zaman onların hər ikisi rus dilində danışıblar. Sonradan Avakov bu mübahisənin videosunu Facebook-dakı səhifəsində yerləşdirib.
Post by aznews.info.
Mənbə:> Oxu.Az