"SOCAR Methanol"un məhsulunun 95%-i ixrac edilir
"SOCAR Methanol" istehsal etdiyi məhsulun 95 faizini xarıcı bazarlarda satır.
“AzərTAc” xəbər verir ki, bu barədə "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev "Sənayenin inkişafı: Emal sahələrinin dəstəklənməsi" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, metanol istehsalının cəmi 5 faizi daxili bazarın payına düşür. Baş direktorun sözlərinə görə müəssisə metanolun yerli satışını daha da inkişaf etdirmək istiqamətində iş aparır.
Mənbə:> AzərTAc