“SOCAR Polymer”ə 1,1 milyard manat investisiya qoyulacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“SOCAR Polymer”ə 1,1 milyard manat investisiya qoyulacaq

“SOCAR Polymer”ə 1,1 milyard manat investisiya qoyulacaq


Məhsulların 30%-i yerli, 70%-i Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

“SOCAR Polymer” layihəsi son 40 il ərzində öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir.

Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, tikintisinə 750 milyon dollardan çox, yəni 1,1 milyard manat sərmayə qoyulacaq “SOCAR Polymer” Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım sayılır.

“SOCAR Polymer”in nəzdində 2 zavod - Polipropilen (PP) və Yüksək Sıxlıqlı Polietilen (YSPE) qurğuları istehsal edəcək müəssisə inşa olunur.

İstehsal gücü ildə 180 min ton olan PP zavodunun 2017-ci ildə, istehsal gücü 120 min ton olan YSPE zavodunun isə 2018-ci ildə tikilib istismara verilməsi planlaşdırılır.

PP istehsalında istifadə olunacaq avadanlıqlar Kanadanın “LyondellBasell Varennes”, YSPE istehsalında istifadə olunacaq avadanlıqlar isə Avstriyanın “Borealis Schwechat” şirkəti tərəfindən təchiz ediləcək. PP layihəsi üzrə 100 nəfər, YSPE layihəsi üzrə isə 300 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Müəssisə yerli xammaldan, Sumqayıtda istehsal olunan propilen və etilendən istifadə edəcəkdir. Zavodların tikintisi zamanı onun ətraf mühitə təsiri və sosial faydası Beynəlxalq İqtisadiyyat Birliyi Ekvator Prinsiplərinə əsasən dəyərləndiriləcək.

Hazırda Azərbaycan PP və YSPE-ni xammal kimi xarici ölkələrdən idxal edir.

“SOCAR Polymer” layihəsinin reallaşması bu vacib məhsulun ölkəmizdə istehsalına və xarici bazara çıxarılmasına imkan yaradacaq. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Qeyd edək ki, “SOCAR Polymer” MMC 2013-cü il iyulun 16-da yaradılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *