"AzMeCo"nun rəhbəri: "SOCAR-la birgə müəssisə yaradacağıq" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

"AzMeCo"nun rəhbəri: "SOCAR-la birgə müəssisə yaradacağıq"

"AzMeCo"nun rəhbəri: "SOCAR-la birgə müəssisə yaradacağıq"


"AzMeCo" ("Azerbaijan Methanol Comany") Rusiyanın "Qazprom" şirkəti ilə 5 il müddətinə müqavilə imzalayıb".

"APA-Economics" xəbər verir ki, bunu “The Business Year” jurnalına müsahibəsində "AzMeCo"nun Direktorlar Şurasının sədri Nizami Piriyev deyib.

Onun sözlərinə görə, müqavilənin 2015-ci ilin sentyabr ayında imzalanmasına baxmayaraq, oktyabrın 10-a qədər metanolun qiyməti 65 avroya enib ki, buna görə də hal-hazırda şirkət təchizatı dayandırıb. "Biz hal-hazırda metanolun qiyməti ilə bağlı danışıqlar aparırıq və qiymətin əvvəlki səviyyəyə qayıtmasının gözləyirik. Rusiya tərəfindən də bizə meqametanol zavodunun tikilməsi ilə bağlı sorğu daxil olub. İlin sonuna kimi "AzMeCo"nun bu layihədə layihələndirmə, satınalma və tikinti işlərini görən tərəf kimi iştirakını elan edəcəyik. Bu, 2016-cı il üçün nəzərdə tutduğumuz əsas işdir".

N. Piriyev əlavə edib ki, şirkət metanol və SOCAR-ın məhsulları arasında "synergy" yaratmaq fikrindədir: "Biz xarici və daxili investisiyalara tam açığıq. SOCAR-ın tikdiyi karbamid zavoduna gəlincə, birgə müəssisə yaradacağımıza ümid edirəm".

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *