Soçi, 11 oktyabr və qəzəb dolu baxış... » AzNews.info -Xəbər portalı

Soçi, 11 oktyabr və qəzəb dolu baxış...

Soçi, 11 oktyabr və qəzəb dolu baxış...

Ötən gün Soçidə MDB dövlət başçılarının sammiti zamanı Ermənistan prezidenti Serj Sərkisyanın şəxsi fotoqrafı David Akopyanın çəkdiyi bir foto geniş ictimai rezonansa səbəb olub və həm KİV-lərdə, həm sosial şəbəkələrdə geniş müzakirə edilir. Bu fotoda Azərbaycan prezidenti İlham Əliyev əlifba sırası üzündən yanaşı oturduğu Ermənistan prezidenti Serj Sərkisyana qəzəb və dərin hiddətlə baxır. Həmin vaxt Sərkisyanın başı masanın üstündə hansısa sənədlərə baxmağa qarışmışdı. Və bu foto Azərbaycanla onun torpaqlarını işğal altında saxlayan Ermənistan arasında münasibətlərin sanki güzgüsüdür. Prezident Əliyev sanki Azərbaycan xalqının düşmənə qarşı uzun illərdir yığılıb qalmış nifrət və qəzəbini öz sifət ifadəsində əks etdirir...

Fotonun doğurduğu geniş rezonansla bağlı David Akopyan da danışıb. O, erməni mətbuatına bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin birgə iştirak etdiyi müxtəlif tədbirlərdə fotoaparatın obyektivini onlardan çəkməməyə, sözün hərfi mənasında hər məqamı tutmağa çalışır. “Və bu tədbirdə də mən müxtəlif rakurslardan fotolar çəkdim. Sonra ön plandan kadr çəkmək qərarına gəldim. Və gördüm ki, İlham Əliyev sanki pusquda durub Sərkisyana baxır”-fotonun müəllifi deyib.

Soçi, 11 oktyabr və qəzəb dolu baxış...


Akopyan belə görünür ki, səhv etmir. İndi Azərbaycan və onun lideri doğrudan da düşmənə sarsıdıcı zərbə vurub onu torpaqlarımızdan qovmaq üçün pusquda dayanıb. Bu zərbəni çox gözləmək lazım gəlməyəcək...

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *