Prezident Administrasiyasının keçmiş işçisi Kremldə saray çevrilişi və Qarabağın boşalması haqda » AzNews.info -Xəbər portalı

Prezident Administrasiyasının keçmiş işçisi Kremldə saray çevrilişi və Qarabağın boşalması haqda

Prezident Administrasiyasının keçmiş işçisi Kremldə saray çevrilişi və Qarabağın boşalması haqda

Rusiya Prezident Administrasiyasının keçmiş əməkdaşı, iqtisadçı və müxalif siyasətçi Dmitri Nekrasov Ukraynanın “Fraza” saytına müsahibəsində Kremldə saray çevrilişi ehtimalını və keçmiş sovet respublikalarındakı separatçı ərazilərdəki vəziyyəti dəyərləndirib.

Virtualaz.org xəbər verir ki, siyasətçi Putinin saray çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırıla biləcəyinə dair son vaxtlar bəzi Qərb dairələrində səslənən fikirlərə “qətiyyən inanmadığını” deyib. O, qeyd edib ki, sonuncu saray çevrilişi Xruşşovu hakimiyyətdən uzaqlaşdıranda olub. O zaman hakimiyyət konstruksiyası kommunist ideologiyasına əsaslanırdı, rejimin legitimliyini və populyarlığını da bu ideologiya təmin edirdi.

Prezident Administrasiyasının keçmiş işçisi Kremldə saray çevrilişi və Qarabağın boşalması haqda


“İndiki rejimin populyarlığını və legitimliyini isə şəxsən Putin təmin edir. Əgər sistem ondan yaxa qurtarsa özü də dərhal dağılmağa başlayacaq”-Nekrasov bildirib.

Rusiyalı siyasətçinin fikrincə rejim ya Putinin özü tərəfindən transformasiya oluna bilər, ya xaricdən müdaxilə ilə dəyişər. Lakin heç bir halda daxldən sındırıla bilməz, sistem Kremlin indiki sahibini başqası ilə əvəzləsə də eyni formada qalacaq. “Sistem belə şoka davam gətirə bilməz. Rusiya üzərində nəzarəti saxlamaq üçün təkcə Kremlə nəzarət etmək yetərli deyil”-o bildirib.

Nekrasova görə situasiya dəyişməyə başlasa və Putinin taxt-tacının laxladığı aşkar olsa oliqarxların əhəmiyyətli hissəsi ondan asanlıqla üz döndərəcək. Lakin saray çevrilişi deyilən şey baş verməyəcək.

Prezident Administrasiyasının keçmiş işçisi Kremldə saray çevrilişi və Qarabağın boşalması haqda


Rusiyalı siyasətçi Ukraynanın separatçı Donbass bölgəsindəki vəziyyətlə bağlı danışarkən deyib ki, Donetsk və Luqanskda iqtisadi struktur dağılır. “Hər şey dağılacaq, insanlar çıxı gedəcəklər. Mən Dağlıq Qarabağda və Abxaziyanın rayonlarında olmuşam, təsərrüfat əlaqələrinin kəsilməsi nəticəsində bu ərazilərin necə boş qaldığını görmüşəm.

“Donetsk və Luqansk xalq respublikaları”nın nəzarətində olan ərazilərdə iqtisadi çöküş 2014-cü ildən başlayıb, blokadanın tətbiqi ilə bu, daha da güclənəcək. Bu ərazilər boş qalacaq. Dağlıq Qarabağda mən şəhər görmüşəm ki, əvvəl yüz minə yaxın adam yaşayıb, indi isə orada ümumiyyətlə heç kim yoxdur. Bütün bunlar çox kədərlidir. Donbass rayonlarına gəldikdə mən Kreml üçün yaxşı heç bir gediş görmürəm. Hesab edirəm ki, Kremln Donbassla bağlı dəqiq planı yoxdur. Lakin həmin ərazilərdə qalan insanları da yaxşı heç nə gözləmir”-Nekrasov bildirib.

Dmitri Nekrasov 2009-2010-cu illərdə Arkadi Dvorkoviçin komandasının tərkibində Putin administrasiyasında işləyib, vergi və pensiya islahatları ilə məşğul olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *