Separatçılara qəfil komanda verildi, “Malorossiya” yarandı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Separatçılara qəfil komanda verildi, “Malorossiya” yarandı

Separatçılara qəfil komanda verildi, “Malorossiya” yarandı

Bu gün səhər saatlarında Ukraynanın şərqində qondarma “Donetsk xalq respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək “Malorossiya” adlı yeni konfederativ dövlət yaratdıqlarını elan edib. Virtualaz.org xəbər verir ki, Zaxarçenko yeni dövlətə “Donetsk və Luqansk xalq respublikalarının” daxil olduğunu açıqlayıb. Hərçənd “Luqansk xalq respublikası”nın rəhbəri İqor Plotnitski mətbuat konfransında gözə dəyməyib, hansı ki, məntiqlə yeni konfederativ “dövlətin” subyektlərindən biri kimi “Luqansk xalq respublikası”nın rəhbərinin də Zaxarçenko ilə yanaşı oturması gərək idi.

Zaxarçaneko elan edib ki, “Malorossiya”nın paytaxtı Donetsk şəhəri olacaq. “Biz Ukraynanın keçmiş regionlarının nümayəndələri (Krım istisna olmaqla) Ukraynanın qanuni varisi olan yeni dövlətin təsis edildiyini bəyan edirik”-Zaxarçenko təntənəli şəkildə elan edib. “Biz yeni dövlətin “Malorossiya” adlandırılmasına razıyıq, çünki “Ukrayna” adı nüfuzdan düşüb”-rusiyayönümlü separatçı bildirib.

Separatçılara qəfil komanda verildi, “Malorossiya” yarandı


Zaxarçenko elan edib ki, Kiyev paytaxt statusu olmadan “tarixi-mədəni mərkəz” kimi qalacaq. “Malorossiya”nın dövlət bayrağı isə Boqdan Xmelnitskinin bayrağı olacaq. “biz bundan çıxış edirik ki, Donetk və Luqansk xalq respublikaları Ukraynada qanuni hakimiyyətin olduğu yeganə ərazidir”- o bildirib. Separatçıların rəhbəri “Malorossiya”nın ərazisində xaosdan qaçmaq üçün üç il ərzində fövqəladə vəziyyət elan olunacağını bildirib.

Zaxarçenkonun müşaviri Aleksandr Kazakov isə deyib ki, “Malorossiya”nın konstitusiyasını hazırlamaq üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin rəhbərləri seçilib.

Qondarma “Donetsk respublikasının” gəlirlər və yığım “naziri”, Zaxarçenko ilə bilikdə rəyasətdə oturan Aleksandr Timofeyev isə elan edib ki, “Malorssiya”nın konstitusiyasında onun bloklara qoşulmamaq barədə statusu əks olunacaq. Eyni zamanda Rusiya ilə əlaqələrin bərpası kursu götürüləcək.

“Biz müsəqilliyi və suverenliyi saxlamaq şərtilə Rusiya-Belarus ittifaq dövlətinə qoşulmaq kursu götürəcəyik, Avropa İttifaqı ilə razılaşma olsa vizasız gediş-gəlişi saxlayacağıq”- o deyib. Timofeyev “yeni dövlətin” MDB-nin də fəaliyyətind iştirak edəcəyini, “Malorossiya”-Rusiya-Avropa İttifaqı üçtərəfli danışıqlarının aparılmasını planlaşdırdıqlarını da bildirib.

Separatçılara qəfil komanda verildi, “Malorossiya” yarandı


Ukraynanın şərqinə nəzarət edən separatçıların qəfildən “Malorossiya” elan etməsinin nəyə hesablandığı məlum deyil. Kreml administrasiyasında Donetsk və Luqansk regionlarını kurasiya edən Vladislav Surkovun Zaxarçenkoya bu təlimatı nədən verdiyi aydın olmasa da görünən odur ki, Moskvadan Donbassla kifayətlənməyib bütün Ukraynanı ələ keçirmək niyyətləri barədə siqnallar göndərmək istəyirlər.

“Malorossiya” haqda bəyanatların səslənməsinə Moskvadan hələ reaksiya verməyiblər. Ukrayna prezidenti Pyotr Poroşenko isə Zaxarçenkonun bəyanatlarına cavab olaraq Kiyevin Donbass üzərində suverenliyini bərpa edəcəyini bildirib. Onun sözlərini mətbuat katibi Svyateslav Tseqolko Tvitter-də yayıb. Poroşenko bundan əvvəlki “Novorossiya” ideyasının dəfn olunduğunu da bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *