Separatçılar Ukraynada yeni dövləti yaradır
Separatçı Donetsk Xalq Respublikasının (DXR) başçısı Aleksandr Zaxarçenko bildirib ki, Ukraynada dalana dirənmiş vəziyyətdən çıxmaq üçün, üç illik yeni bir dövlət – Malorossiya yaratmaq lazımdır.
Virtualaz.org bildirir ki, bu barədə "İnterfaks" xəbər yayıb.
"Biz hesab edirik ki, Ukrayna dövləti, hansı ki, əvvəllər vardı, o formada bərpa oluna bilməz. Biz, keçmiş Ukrayna regionlarının nümayəndələri, Krım istisna olmaqla, Ukraynanın varisi olacaq yeni dövlətin yaradıldığını bəyan edirik. Biz yeni dövlətin Malorossiya adlanmasına razıyıq, çünki Ukrayna adı özünü etibardan salıb", — deyə A.Zaxarçenko vurğulayıb.
Mənbə:> Virtualaz.org