Forbes: Kremldə Putini devirməyə hazırlaşırlar
Kremldə indi Rusiya prezidentinin mövcud pis vəziyyəti daha dəhşətli vəziyyətə çevirməmişdən öncə getməsi məsələsini həll edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə Forbes səhifələrində icmalçı Pol Roderik Qreqori yazır.
Putin rejiminin süqutunun elə də uzaqda olmadığına dair sübutlar hər gün meydana çıxır.
“Rusiya xalqından fərqli olaraq “siyasi büro” həqiqəti bilir və iqtisadiyyatın necə ağır vəziyyətdə olduğunu anlayır. Krımın işğalından öncə o, artırdı, indi isə neftin qiymətinin ucuzlaşması ilə əlaqədar, sürətlə azalır. Çox güman ki, çevrilişi prezidentin çevrəsi edəcək”,- məqalədə qeyd edilir.
“Əgər bu həqiqətən baş verərsə, bu yaxın günlərdə hakimiyyətdə ciddi dəyişikliklərin olacağı deməkdir”, - Forbes-ə Moskvada olan mənbə bildirib.
Müəllifin yazdığı kimi, çox güman ki, Kremldə Putini hakimiyyətdən klassik ssenari üzrə uzaqlaşdıra biləcək qüvvə meydana gəlib:
“Böyük oğlanı devirmək üçün əvvəl onun dayağını aradan götürmək lazımdır”.
Eləcə də kimlərsə Putini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra onun xələfinin “siyasi büro”dan birinin olacağını hesab edirlər. Müəllif yazır ki, bu isə o deməkdir ki, Kremlin aqressiv siyasəti dəyişməyəcək.
Moskva eksperti Andrey Piontkovski bununla razı deyil. Məqalədə qeyd edilir ki, o, Putinin çevrəsinin Qərbə əməkdaşlığa hazır olduqlarına dair siqnalları göndərdiklərinə diqqət çəkib.
Mənbə:> Oxu.Az