Xudaverdiyanın Bakıda taksi biznesi?
Rusiyada və bir sıra digər ölkələrdə “Yandeks” və “Uber” şirkətləri onlayn daşınma bizneslərini birləşdirmək qərarı veriblər.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yandeks” internet şirkəti və “Uber” taksiləri Rusiyada və bir sıra digər ölkələrdə (Belarusda, Ermənistanda, Gürcüstanda və Qazaxıstanda) bizneslərini birləşdirirlər. Bu ölkələrin siyahısına Azərbaycan da daxildir.
“Yandeks”in verdiyi məlumata əsasən, tərəfdaşlar adı çəkilmiş ölkələrdə “UberEats” adlı qida çatdırılma servisi də yaradırlar.
Birgə şirkətə “Uber” 225 milyon, “Yandeks” isə 100 milyon dollar sərmayə yatıracaq. Yeni yaradılan şirkətin ümumi dəyəri 3,725 milyard dollar həcmində qiymətləndirilir. Sövdələşmənin 2017-ci ilin dekabr ayında bağlanacağı gözlənilir. Bundan sonra yeni şirkətin səhmlərinin 59,3%-i “Yandeks”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isəəməkdaşlara məxsus olacaq.
Qeyd edildiyinə görə, yeni yaradılan şirkətə “Yandeks.Taksi”nin baş direktoru erməni əsilli Tiqran Xudaverdiyan rəhbərlik edəcək.
Mənbə:> Virtualaz.org