Qadınlar üçün 1 milyon iş yeri açılacaq
Uber onlayn taksi sifarişi xidməti 2020-ci ilədək qadınlar üçün bir milyon iş yeri yaradacaq.
ANS PRESS-in ICTnews-a istinadən məlumatına görə, bu təşəbbüs BMT-nin "UN Women" bölməsi ilə tərəfdaşlıqda reallaşır.
Hazırda taksi sifarişi servisinin ABŞ bölməsində 100 mindən çox sürücü işləyir ki, onun da 14 faizini qadınlar təşkil edir. İndiki yarımproqramlardan biri UberMilitary qadınlar - ordudan tərxis olunan keçmiş dövlət qulluqçuları, eləcə də hərbi qulluqçuların həyat yoldaşları arasında sürücülərin seçilməsi məqsədilə həyata keçirilir.
Mənbə:> ANSPRESS