Paytaxtda, 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Maraqlı

Paytaxtda, 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib... – FOTO

Paytaxtda, 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib...

Rusiya paytaxtında 300 metr dərinlikdə 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikilib. Virtualaz.org xəbər verir ki, bu barədə Pentaqon ekspertlərinin hazırladıqları hesabata əsasən “Times” nəşri yazıb.

“Prezident Vladimir Putin belə görünür ki, ABŞ-ın onu devirməyə hazılaşdığına inanır, ona görə də o, 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikdirir”-nəşr yazıb.

“Times” bildirir ki, həmin nüvə bunkerləri Moskvanın altında, 300 metr dərinlikdədir və Rusiya rəhbərliyi onları nüvə qiyamətinə hazırlayır. “Kremlin altında yerləşən dərin yeraltı kompleks və Moskva Dövlət Universitetinin binasına bitişən nəhəng yeraltı bunkr hərbi dövrdə milli komandanlıq üçün nəzərdə tutulub”-məqalədə deyilir. Həmin bunkerlərdə nüvə hücumundan sonra bir neçə ay ərzində yaşamaq və yerüstü əməliyyatları effektiv idarə etmək üçün yüksək effektivli imkanlar var.

Paytaxtda, 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib...


Bu hesabat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin ekspertləri tərəfindən hazırlanıb və soyuq müharibənin başa çatmasından sonra Rusiyanın imkanlarını dəyərləndirən ilk belə sənəddir. Ekspertlərin mövqeyinə görə Kreml əmindir ki, ABŞ Rusiyada rejim dəyişikliyinə hazırlaşır. Hesabaat əsasən həmin “Putin bunkerləri” Moskva altındakı digər bunkerlər şəbəkəsi ilə birləşdirilib və “Vnukovo” aerportunun VİP-terminalına çıxışı var.

Paytaxtda, 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib...


Hesabat Donald Trampın prezident seçilməsindən əvvəl hazırlanıb və orada deyildiyinə görə Putin əmindir ki, ABŞ dünyada demokratiyanın yayılması kampaniyası çərçivəsində onu da devirmək istəyir. Ötən il Rusiyada nüvə hücumu zamanı evakuasiyanın sınaqdan keçirildiyi müki müdafiə təlimləri keçirilib. Çoxları gözləyirdi ki, Tramp prezident olandan sonra Rusiya ilə münasibətləri yaxşılaşdıracaq, lakin ABŞ prezidentinin Kremllə şübhəli əlaqələrinə dair qalmaqal bu gözləntiləri heçə endirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *