Mehman Hüseynov kassasiya şikayəti verib
Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib.
AzNews.info-nun xəbərinə görə, bu barədə APA-ya məlumat verən vəkil Elçin Sadıqov deyib ki, kassasiya şikayətində müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şikayət Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqer M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
Mənbə:> APA