Fransada parlament seçkilərinin birinci turu keçirilir
Bu gün Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilərin birinci turunda səsvermə başlayıb.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da seçki məntəqələri açılıb.
Ölkədə 67 min seçki məntəqəsi var. Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.
Mənbə:> APA