Ramiz Mehdiyev Nikolay Patruşevlə Qafqazdakı və Suriyadakı vəziyyəti müzakirə etdi
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələr arasında ikitərəfli münasibətləri, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Bu barədə TASS xəbər yayıb.
"Nikolay Patruşev və Ramiz Mehdiyev Azərbaycan və Rusiya arasındakı əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun həmişə etimadlılıq və konstruktivliklə fərqləndiyini qeyd ediblər", - Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin press-relizində deyilir.
Həmsöhbətlər, həmçinin beynəlxalq və ayrı-ayrı təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Məsləhətləşmələr Rusiya və Azərbaycan Təhlükəsizlik Şurası aparatları arasında mövcud olan Əməkdaşlıq Planı çərçivəsində keçirilib.
Mənbə:> TASS