Məmmədyarov, Zərif və Lavrov energetika məsələlərini müzakirə ediblər
İran, Azərbaycan və Rusiya XİN rəhbərləri Qətərdə neft istehsalçıları ölkələrinin görüşü ərəfəsində energetika məsələlərini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib.
“Bəli, bu məsələ üçtərəfli səviyyədə müzakirə edilib. Heç kim üçün bu məsələnin ikitərəfli danışıqlar çərçivəsində müzakirə edildiyi sirr deyil”, - o, Rusiya və İran XİN rəhbərləri Sergey Lavrov və Məhəmməd Zərif ilə danışıqların yekununda bildirib.
Azərbaycan XİN rəhbəri, həmçinin ölkəsinin Qətərdə neft istehsalçıları ölkələrinin görüşündə iştirak edəcəyini də bildirib.
Mənbə:> Oxu.Az