Lavrov, Məmmədyarov və Zərif energetika ilə Xəzərin statusunu müzakirə edəcəklər » AzNews.info -Xəbər portalı

Lavrov, Məmmədyarov və Zərif energetika ilə Xəzərin statusunu müzakirə edəcəklər

Lavrov, Məmmədyarov və Zərif energetika ilə Xəzərin statusunu müzakirə edəcəklər


Rusiya, Azərbaycan və İranın energetika sahəsində qarşılıqlı fəaliyyəti Bakıda aprelin 7-də bu ölkələrin XİN rəhbərlərinin görüşünün əsas müzakirə mövzularından olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın XİN məlumat yayıb.

“Ümumi olaraq bu mövzuya, əlbəttə ki, toxunulacaq”, - İnterfaksa Rusiya XİN-in Asiyanın İkinci Departamentinin direktoru Zamir Kabulov agentliyin müvafiq sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı ümumxəzər problematikasına da toxunulacaq.

“Xəzərin hüquqi statusuna və digər məsələlərə dair sənədlərin razılaşdırılması davam edəcək”, - Z.Kabulov qeyd edib.

Diplomatın sözlərinə görə, “bizim üçtərərfli nəqliyyat və energetik əməkdaşlığın inkişafına və təkmilləşdirilməsinə dair fikirlərimiz var”.

“Rusiya İranda dəmir yolunun inkişafı ilə məşğul olacağı məlumdur. Praktiki planda söhbət bu qolun sonradan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” adı ilə bizim böyük layihənin bir hissəsi kimi Azərbaycandan keçməsindən gedir”, - Z.Kabulov izah edib.

O əlavə edib ki, “siyasi məsələlər də müzakirə ediləcək, son məsələlər sırasında deyil”.

“Regionda, Cənubi Qafqazda ümumi vəziyyət, regionda sabitliyin yaradılması üzrə mümkün müştərək səylər müzakirə ediləcək”, - diplomat deyib.

Bununla yanaşı o, qeyd edib ki, belə üçtərəfli formatda ünsiyyət təşəbbüsü Azərbaycanın prezidenti İlham Əliyevə məxsusdur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *