Stokholmda terror: yük maşını piyadaların üstünə yeridi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

Stokholmda terror: yük maşını piyadaların üstünə yeridi – VİDEO

Stokholmda terror: yük maşını piyadaların üstünə yeridi

Stokholmda baş vermiş terror aktının törədildiyi andan dərhal sonra baş verənlər qeydə alınmış video yayımlanıb.

Bu görüntüləri diqqətinizə çatdırırıq




* * *18:29

Hadisə yerində olan “İsveç Radiosu”nun müxbirinin verdiyi məlumata görə, Stokholmda yük maşınının insanların üstünə yeriməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Xatırladaq ki, hələlik polis 3 nəfərin plümü barədə məlumatı təsdiqləyib.

* * *18:26

İsveç polisi Stokholmda terror aktını törətməkdə şübhəli olan şəxsi saxlayıb.

Virtualaz.org SVT telekanalına istinadən xəbər verir ki, hadisə yerindən bir qədər aralıda bir nəfər saxlanılıb.

Xəbər hələlik rəsmi mənbələr tərəfindən təsdiqini tapmayıb.

Polis terror aktı nəticəsində 3 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

* * *18:16

İsveçin Baş naziri Stefan Lofven Stokholmda baş vermiş hadisəni terror aktı olaraq adlandırıb.

* * *18:09

Polis Stokholmda baş verənləri mümkün terror aktı kimi qiymətləndirir.

Virtualaz.org xəbər verir ki, təsdiqini tapmamış məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən rayonda atəş səsləri barədə xəbərlər alıblar.

“Mən ən azı üç ölü gördüm, onların sayı çox da ola bilər. Burada tam bir xaos hökm sürür”, - “İsveç Radiosu”nun müxbiri canlı yayımda hadisə yerindən bildirib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *