İstanbulda terror aktı: Ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışlarda 29 nəfər ölüb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib.
“Bu iki partlayışlarda millətimizə üzülərək və içimiz yanaraq bəyan edirik ki, hazırda 29 şəhidimiz var” – deyə nazir bildirib.
O, qeyd edib ki, ölənlərin böyük əksəriyyəti polis əməkdaşlarıdır.
Nazirin sözlərinə görə, hadisə zamanı 166 nəfər xəsarət alıb. Yaralılardan 23-nün vəziyyəti ağırdır. Hazırda onlar əməliyyat olunurlar.
Nazir həmçinin bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb. Səhiyyə Nazirliyi isə yaralılardan 3-nün vəziyyətinin kritik olduğunu bildirib.
Partlayışlardan biri bomba yüklü avtomobil, digəri isə kamikadze tərəfindən törədilib.
Qeyd edək ki, dünən axşam, yerli vaxtla saat 23:30 radələrində İstanbul şəhərinin Beşiktaş rayonunda dalbadal iki partlayış baş verib. Terror aktlarının əsas hədəfi polis əməkdaşları olub.
Mənbə:> Report