BMT Orlandoda baş verən atışmanı terror aktı adlandırdı
BMT Təhlükəsizlik Şurası ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verən və 50 nəfərin ölümü ilə nəticələnən hücumu pisləyərək, baş verənləri terror aktı adlandırıb.
Oxu.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
“BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 12-də Orlando şəhərində seksual orientasiyasına görə insanlara edilən hücumu ciddi şəkildə pisləyiblər”, - Şuranın bəyanatında deyilir.
Terror aktı Orlando şəhərində iyunun 12-də baş verib. “Pulse” gey-klubunda 50 nəfər atışmanın qurbanı olub, daha 50 nəfərdən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Mənbə:> Oxu.Az