Türkiyədə terror aktı, ölənlərin sayı 17 nəfərə çatdı
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 9-a çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN Türk telekanalına Hakkari Valiliyinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 8 mülki şəxs də həyatını itirib. Valilik partlayış nəticəsində 11-i əsgər olmaqla, 27 yaralının da olduğunu açıqlayıb.
Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.
Mənbə:> Oxu.Az