Bakıda magistral yolda sürətin qəflətən azaldılması sürücülərə təhlükə yaradır – VİDEO
Bakıda yollardan birində hərəkət sürəti limitinin 110 km/saat-dan qəflətən 60 km/saata düşməsi sürücülər arasında çaşqınlıq yaradır.
Avtosfer.az xəbər verir ki, Bakı Dairəvi yolunda nişanlar arasındakı uyğunsuzluq barədə Avtosfer.az çəkiliş aparıb.
Həmin yolun girişində 5.1 (Avtomagistral) nişanı olduğuna görə hərəkət sürəti 110 km/saatdır. Yolun Beynəlxalq Avtovağzal istiqamətinə gedən hissəsində 5.2 (Avtomagistralın sonu) nişanı qoyulmadan hərəkət sürətini 110 km/saatdan birbaşa 60 km/saat sürətə endiriblər.
Bu, birbaşa təhlükədir. Çünki sürücü 110 km/saat sürətlə hərəkət edirsə və 60 nişanını görəndə qəfil sürətini azaldırsa, bu, arxadan gələn sürücülərə böyük təhlükədir.
60 nişanından sonra isə körpünün qaranlıq yerində sürəti 50 km/saata endiriblər. Həmin 50 nişanı da sürücülər tərəfindən əvvəlcədən qavranılmadığı və lazımi təhlükənin olduğu yola qoyulmadığı üçün nişanın yeri dəyişdirilməlidir.
Mənbə:> Avtosfer.az