Bu yolda bütün sürücülər 110-la gedə biləcək
“Dövlət Yol Polisi İdarəsinə ərizə yazmışdım, amma düzəltmədilər”.
Bakı Dairəvi Yolunda zolaqlar üzrə hərəkət sürətində dəyişiklik edilib.
AzNews.info xəbər verir ki, bu barədə avtosfer.az-a oxuculardan Təbriz Yusubov məlumat verib.
O bildirib ki, 5.1 nişanı ilə işarələnmiş yolda (Bakı Dairəvi Yolunun həm rayon istiqaməti, həm də Avtovagzal istiqaməti) sag zolaqda 90 km/saat sürət tətbiq olunurdu.
Lakin bu, lazımsız bir yanaşma olduğu üçün T.Yusubov məsələnin həlli üçün müəyyən instansiyalara müraciət edib:
“Çünki mən 110-la getmək istəyəndə məcbur idim ki, orta zolaqla hərəkət edim. Orta zolaqla da hərəkət edəndə "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsinin 1-ci hissəsinin tələbi (yəni, sag zolaq boş olan halda digər zolaqlalara hərəkət etmək qadagandır) pozulurdu.
Bunu 110 eləmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazmışdım, amma düzəltmədilər. Keçən həftə/ “Azəryolservis” ASC-də hərəkətin təşkili şöbəsindən xahiş elədim, onlar düzəltdilər. Bu tabloya “Azəryolservis” baxır”.
Mənbə:> Avtosfer.az